İngiltərə millisinin üzvü "Bavariya"da qalacaq

15:55 - 2 Mart 2024

"Bavariya" yanvar ayında "Tottenhem"dən icarəyə götürdüyü Erik Dayerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ingilis futbolçu Münhen təmsilçisinində qalacaq. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin yayında kimi Bundesliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, İngilətərə milli komandasının üzvü olan Erik Dayer "Bavariya"nın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti