"Sabah" Azərbaycan Premyer Liqasının 25-ci turunda öz meydanında "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb:
- Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
- Sizin "Sabah"ın məşqçisi kimi son oyununuz olduğunu düşünmək olar?
- Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur hələ. Nəsə deyə bilmərəm.
- Hakimliyi necə şərh dəyərləndirərdiniz?
- Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular.
Elçin Əlixan
saytlarin hazirlanmasi