"Turan Tovuz"un futbolçusuna 1 oyunluq cəza verildi

16:13 - 5 Mart 2024

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

XXV turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Zirə-2” – “Turan Tovuz-2” oyununun 84-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 83 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 41);

“Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37).

Xəbər xətti