"Qarabağ"la oyuna hazırlaşan "Bayer"də zədəli futbolçulardan biri komandaya qoşulub.
Sportal.az xəbər verir ki, Artur zədəsini sağaldıb. Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı sağ cinah müdafiəçisi bu gün komanda ilə birlikdə məşq edib. Almaniya klubunun heyətində yeganə zədəli futbolçu Viktor Bonifasedir.
"Bayer" Arturu mövsümün əvvəlində Braziliyanın "Amerika" klubundan transfer edib. 20 yaşlı futbolçu komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilm oyunu martın 7-də Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonta Almaniyada baş tutacaq.
saytlarin hazirlanmasi