Almaniyanın "Ştuttqart" klubu baş məşqçi Sebastyan Höneslə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi alman mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı məşqçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Sebastyan Hönes 2023-cü ilin aprel ayından "Ştuttqart"ı çalışdırır. Komanda Bundesliqada 24 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi