"Borussiya" "Mançester Yunayted"dən icarəyə götürdüyü Ceydon Sançe ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 23 yaşlı vingeri komandada saxlamaq istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Almaniya klubu Sançonun icarə müddətini 1 il uzatmaq üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Borussiya" Ceydon Sançonu qış transfer pəncərəsi zamanı heyətinə qatıb. İngiltərəli ön xətt oyunçusu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi