Ulduz futbolçu milli komandaya qayıtdı

17:50 - 14 Mart 2024

"Real"ın futbolçusu Toni Kroos Almaniya milli komandasına qayıdıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Bundestimin Fransa və Niderlandla keçirəcəyi yoldaşlıq oyunları üçün heyətə dəvət olunub. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kroos 2021-ci ildə milli karyerasını bitirdiyini açıqlamışdı.

Qeyd edək ki, Almaniya yığması martın 23-ü Fransa, 26-sı isə Niderlandla qarşılaşacaq.

Xəbər xətti