Futbol üzrə Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Bavariya" səfərdə "Darmştadt"ın qonağı olub. Qarşılaşma Münhen təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 60-a yüksəldən "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Darmştadt" isə sonuncu yerdədir.
"Darmştadt" - "Bavariya" 2:5
Qollar: Tim Skarke, 28, Oskar Vilhelmsson, 90+5 - Camal Musiala, 31, 64, Harri Keyn, 45+1, Serji Qnabri, 74, Matias Tel, 90+3