"Turan Tovuz" "Qarabağ"a, "Sumqayıt" "Sabah"a uduzdu - YENİLƏNİB

21:01 - 17 Mart 2024

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Tovuzda "Qarabağ" yerli komanda ilə üz-üzə gəlib. "Sumqayıt" isə "Sabah"ı qəbul edib. Hər iki görüşdə qonaqlar qalib gəlib. 

Turun digər oyunlarında isə "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlubiyyətə uğradıb. "Araz-Naxçıvan" isə "Qəbələ" ilə bərabərə qalıb. 

Azərbaycan Premyer Liqası. 27-ci tur

"Turan Tovuz" - "Qarabağ" 1:3
Qollar
: Otto Con 10(p) - Nəriman Axundzadə 56, Patrik Andrade 73, Toral Bayramov 90+5 (p)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu

"Sumqayıt"– "Sabah" 1:2 
Qollar:
Sorqa 84 - Anatoli Nuriyev 25, Murad Xaçayev 62(avtoqol)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti