"Biz fantastik mövsüm keçiririk"

15:18 - 17 Mart 2024

"Real"ın (Madrid) futbolçusu Vinisius Junior İspaniya Primerasının 29-cu turunun "Osasuna" ilə matçını (4:2) şərh edib. 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan braziliyalı bu mövsümkü çıxışlarına da toxunub:

"Tək mən yox, bütün komanda əla oyun keçirdi. Biz fantastik mövsüm keçiririk, çox yaxşı müdafiə olunur və hücumda güclənir, çoxlu qollar vururuq. Mən həmişə oyunumu yaxşılaşdırmağa və daha çox qol vurmaq üçün cərimə meydançasında daha çox oynamağa çalışıram. Məşqçi bu məsuliyyəti mənə həvalə edib və mən də bunu qəbul edirəm".

Xatırladaq ki, Vinisius son matçda 4-cü və 64-cü dəqiqələrdə fərqlənərək dubla imza atmışdı. Bu qələbə sayəsində "Real" 29 oyundan 72 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini möhkəmləndirib.
 

Xəbər xətti