Almaniya klubu tanınmış məşqçini istefaya göndərdi

21:46 - 17 Mart 2024

"Volfsburq" baş məşqçisi Niko Kovaçı istefaya yollayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun rəhbərliyi Bundesliqanın 26-cı turunda "Auqsburq"a doğma meydanda 1:3 hesablı məğlubiyyətdən sonra Kovaç haqda fikrini qətiləşdirib. Buna qədər də "Volfsburq" artıq iki dəfə uduzmuşdu. 

Xorvatiyalı mütəxəssisi 2022-ci il iyulun 1-dən ayından Almaniya klubunu çalışdırırdı. 

52 yaşlı məşqçinin rəhbərliyi altında "Volfsburq" 26 turdan sonra Bundesliqada 25 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti