Səudiyyə Ərəbistanı klubu dünya rekorduna imza atdı

16:54 - 17 Mart 2024

Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunda "Əl-Hilal" "Damak"ı məğlub edib.

Sportal.az xəbər verir ki, bu nəticə ilə "Əl-Hilal" dünya futbolunda rekorda imza atıb.

Rekord isə həmin komandanın ardıcıl qələbə sayı ilə bağlıdır. Ər-Riyad təmsilçisi bütün turnirlərdə ardıcıl 29 qələbə qazanıb.

Əvvəlki rekord 2016/2017 mövsümündə ardıcıl 27 qələbə qazanan Uelsin “Nyu-Seynts”ə məxsus idi.

Xatırladaq ki, “Əl-Hilal” 2023/2024 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında birinci pilləni tutur. Komanda 24 oyundan sonra 68 xal toplayıb.

Xəbər xətti