"Şahdağ Qusar"ın "Şəki Siti" üzərində qələbəsi - VİDEO

21:55 - 18 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVII turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" öz meydanında "Şəki Siti"ni qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Şahdağ Qusar" - "Şəki Siti" 2:1
Qollar:
 Famil Camalov, 37, Əlimirzə Daşzərini, 75 (pen) - Xaliq Şabanov, 87

Xəbər xətti