"Bavariya"nın futbolçusu Kim Min-je komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi son vaxtlar az forma şansı qazanmasından narazıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Baş məşqçi Tomas Tuxelin Erik Dayerə daha çox şans verməsi koreyalı oyunçunu narahat edir. O, daha çox oynamaq istəyir.
Qeyd edək ki, "Bavariya" Kim Min-jeni mövsümün əvvəlində "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi