Xorvatiya mətbuatı: "Unudulmuş Emreli "Hayduk" matçına hazır ola bilər”

09:49 - 19 Mart 2024

Xorvatiya mətbuatı “Dinamo”(Zaqreb) klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin meydana qayıdacağı ehtimalını qeyd edib.

Sportal.az xəbər verir ki, “Germanijak” portalı millimizin forvardının 30-cu turda “Hayduk”la matçda meydana çıxa biləcəyini yazıb:

"Onsuz da unudulmuş Mahir Emreli, eləcə də uzun müddət meydanda olmayan Marko Bulat "Hayduk"a qarşı oynamağa hazır ola bilər”.

"Dinamo" 26 tura 54 xal qazanıb və üçüncü pillədədir. 27 oyuna 59 xala malik "Riyeka" liderdir, "Hayduk" isə 55 xalla ikincidir.

Xəbər xətti