Məşhur futbolçu karyerasını başa vurur

18:50 - 19 Mart 2024

Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels karyerası ilə bağlı vacib qərar verib.

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu mövsümün sonunda peşəkar futbolla vidalaşmağı planlaşdırır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Təcrübəli mərkəz müdafiəçisi müasir futbolun tempi ilə ayaqlaşa bilmədiyini düşünür.

Almaniya milli komandasının sabiq üzvü olan Mats Hummels bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti