"Real"ın sabiq futbolçusu İspaniyaya qayıdır

11:22 - 24 Mart 2024

"San Paulo"nın yarımmüdafiəçisi Xames Rodriges karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, kolumbiyalı futbolçuya "Rayo Valyekano"dan təklif gəlib.

Təcrübəli futbolçu özü də, İspaniyaya qayıtmağa müsbət yanaşır.

Mövsümün sonunda La Liqa təmsilçisinin onunla 1 illik müqavilə imzalayacağı gözlənilir.

Xames 2014-2020-ci illərdə “Real”da(Madrid) çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 125 matçda iştirak edib, 37 qol vurub və 42 məhsuldar ötürmə edib.

Rodriqez "Envihado", "Banfild", "Porto", "Monako", "Bavariya", "Everton", "Ər-Rayan", "Olimpiakos" klublarında çıxış edib.

Xəbər xətti