Milli komandalar tarixininin rekorduna imza atdı

18:59 - 24 Mart 2024

Kristof Baumqartner milli komandalar tarixində ən erkən qolu vurub. 

Sportal.az xəbər verir ki, Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner Slovakiya yığması ilə yoldaşlıq oyununda 6-cı saniyədə hesabı açıb. 

Bu isə rekord deməkdir. Məsələ burasındadır ki, Kristof 2013-cü ildə Almaniya - Ekvador oyununun başlamasından 7 saniyə sonra fərqlənən almaniyalı Lukas Podolskinin rekordunu yeniləyib.

Belədə, Baumqartner milli komandalar tarixində ən erkən qolun müəllifi kimi tarixə keçib. 

Xəbər xətti