Braziliya millisinin baş məşqçisi: "Belə davam etsə, dünya futbolunda önəmli oyunçuya çevriləcək"

21:22 - 24 Mart 2024

Braziliya millisinin baş məşqçisi Dorival Junior İngiltərə ilə yoldaşlıq görüşündə (1:0) millidə debüt qolunu vuran 17 yaşlı hücumçu Endrikin perspektivini dəyərləndirib.

Sportal.az xəbər verir ki, “Esporte”yə danışan mütəxəssis gənc futbolçunun gələcəyinə böyük ümidlər bəslənildiyini söyləyib:

"Onun hansı səviyyəyə çatacağını zaman göstərəcək. İnanıram ki, o, belə davam etsə, mütləq Braziliya və dünya futbolunda çox önəmli oyunçuya çevriləcək. O, gənc oyunçular üçün xarakterik olmayan bacarığın olması ilə fərqlənir. Mən ümid edirəm ki, o, pisə doğru dəyişməyəcək".

17 yaşlı futbolçu 2022-ci ildən “Palmeyras”ın əsas komandasında çıxış edir. O, iyundan “Real”da oynayacaq.

Xəbər xətti