İspaniya La Liqası: Ayın ən yaxşısı bəlli oldu

12:34 - 26 Mart 2024

İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Sportal.az xəbər verir ki, Marselino Qarsia Toral bu ada layiq görülüb.

Mütəxəssisin rəhbərliyi altında "Vilyarreal" hər üç qarşılaşmada qələbə qazanıb - "Qranada" (5:1), "Betis" (3:2) və "Valensiya" (3:2).

Mükafat uğrunda Toral "Barselona"nın çalışdırıcısı Xavi və "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə mübarizə aparırdı.

58 yaşlı mütəxəssis 2023-cü ildən “Vilyarreal”I çalışdırır.

Xəbər xətti