"Mançester Yunayted" ten Haqa əvəzləyici tapdı

19:59 - 26 Mart 2024

"Mançester Yunayted"də Erik ten Haq dönəmi başa çata bilər.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi niderlandlı mütəxəssisin işindən narazıdır.

İngiltərə mətbuatı "Mançester Yunayted"in baş məşqçisi postuna namizədin adını açıqlayıb. "Qırmızı şeytanlar" teh Haqla yollarını ayıracağı təqdirdə komandanın "sükan"ı arxasına hazırda "Brentford"u çalışdıran Tomas Frankı gətirəcək.

Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır. 54 yaşlı məşqçinin klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. Komanda Premyer Liqada 28 oyundan sonra 47 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti