Gürcüstan tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı

23:52 - 26 Mart 2024

AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda nəzərdə tutulmuş keçid pley-off görüşlərində final oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, C yolunun keçid pley-offunun final görüşündə Gürcüstan Tbilisidə Yunanıstanla üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb.

Penaltilər seriyasında daha dəqiq olan ev sahibləri tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. Vili Sanyolun rəhbərlik etdiyi kollektiv AVRO-2024-də Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda yer alacaq. 

26 mart

Gürcüstan - Yunanıstan 0:0(penaltilər seriyası 4:2)

Xəbər xətti