"Çelsi"nin legioneri üçün mövsüm başa çatdı

11:49 - 28 Mart 2024

"Çelsi"nin futbolçusu Romeo Lavia üçün mövsüm başa çatıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin zədəsini sağaltmaqda problem ortaya çıxdığı üçün mövsümün qalan hissəsində "zadəganlar"a kömək edə bilməyəcəyi dəqiqləşib. 

2023-cü ilin dekabrında 20 yaşlı belçikalı "Kristal Pelas"la matçda (2:1) omba nahiyəsindən zədə almışdı.

Əlavə edək ki, Lavia yayda “Sauthempton”dan “Çelsi”yə keçib. O, 2030-cu ilə qədər London klubuna məxsusdur.
 

Xəbər xətti