AVRO-2024-ə gedə bilmədilər, baş məşqçi haqda qərar verdilər

15:21 - 28 Mart 2024

Uels yığmasının baş məşqçisi Rob Peyc komandanı AVRO-2024-ə daşıya bilməsə də, postunda qalacaq.

Sportal.az xəbər verir ki, bu barədə ölkənin Futbol Assosiasiyasının prezidenti Stiv Uilyams bildirib.

O, Avropa çempionatına vəsiqə uğrunda pley-off görüşündə Uelsin Polşaya penaltilərlə uduzmasına (0:0, penaltilərdə 4:5) baxmayaraq, baş məşqçi postunda dəyişiklik etmək haqda düşünmədiklərini söyləyib:

"Rob millimizin baş məşqçisidir. Onu müqavilə müddəti dünya çempionatının sonuna qədərdir. Biz buna görə işləməyə davam edirik, yeni baş məşqçi haqda düşünmürük".

Rob Peyc 2020-ci ilin noyabrından Uels milli komandasına rəhbərlik edir.

Xəbər xətti