"Yuventus" İtaliya millisinin üzvünü satmaq istəyir

18:09 - 28 Mart 2024

"Yuventus" yeni mövsüm üçün heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, yeni transferlər edə bilmək üçün bir neçə oyunçusunu satacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Satılması planlaşdırılan futbolçulardan biri Federiko Kyezadır. 26 yaşlı vingerlə "Arsenal", "Çelsi" və "Nyukasl" maraqlanır.

Qeyd edək ki, "Yuventus" Federiko Kyezanı 2020-ci ilin oktyabr ayında "Fiorentina"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti