Almaniya nəhəngindən baş məşqçi ilə bağlı qərar

19:32 - 28 Mart 2024

"Borussiya" rəhbərliyi baş məşqçi Edin Terziçin gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin taleyi komandanın göstərəcəyi nəticələrdən asılıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Dortmun təmsilçisi Bundesliqanı ilk 4 pillədə başa vursa və Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko" səddini keçsə, almaniyalı məşqçi növbəti mövsümdə də postunda qalacaq. Bunlardan biri baş verməsə, baş məşqçi ilə yollar ayrılacaq.

Qeyd edək ki, Edin Terziç 2022-ci ilin iyul ayından "Borussiya"nı çalışdırır.

Xəbər xətti