"Yuventus"un futbolçusuna 8 milyon avro təklif etdilər

17:46 - 29 Mart 2024

"Vulverhempton" və "Everton" "Yuventus"un müdafiəçisi Koni De Vinterlə maraqlanır.

Sportal.az xəbər verir ki, hazırda Koni icarə əsasında “Cenoa”da çıxış edir.

Genuya təmsilçisi 8 milyon avro qarşılığında onu heyətinə qata bilər. Lakin "Vulverhempton" və "Everton" "qoca sinyora"ya Koni ilə bağlı yüksək məbləğ təklif edib.

O, 2026-cı il iyunun 30-na qədər "Yuventus"a məxsusdur. Belçikalı bundan əvvəl "Empoli"də icarə əsasında oynayıb. Vinter Belçika millisinin üzvüdür.

Xəbər xətti