Əvəzedicilər Liqası: "Sumqayıt" "Araz-Naxçıvan"a 7 qol vurdu

19:43 - 1 Aprel 2024

Əvəzedicilər Liqasında 28-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib. 

"Sumqayıt-2" "Araz Naxçıvan-2"la qarşılaşıb və rəqibinə qalib gəlib. 

Əvəzedicilər Liqası

28-ci tur

1 aprel

“Sumqayıt-2” – “Araz Naxçıvan-2” 7:2
Qollar
: Əjdər Hacılı, 15; 16. Uğur Cahangirov, 29; 49. Nihad Əhmədzadə, 45+1. Kamran Quliyev, 56. Kənan Cavadlı, 81 – Vüsal Alızadə, 3; 36.

Turun digər oyunları:
“Qəbələ-2” – “Neftçi-2” 1:2
“Kəpəz-2” – “Qarabağ-2” 1:3
“Sabah-2” – “Zirə-2” 0:0
“Səbail-2” – “Turan Tovuz-2” 4:1

Xəbər xətti