"İnter" evdə qazandı - VİDEO

09:59 - 2 Aprel 2024

İtaliya A seriyasında 30-cu tura yekun vurulub.

Sportal.az xəbər verir ki, çempionatın lideri “İnter” bu turu da qələbə ilə başa vurub. “Nerazzura” evdə “Empoli”yə qalib gəlib.

Görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milan təmsilçisi 30 turdan sonra 79 xalla liderdir. 65 xala malik "Milan" ikinci, aktivində 59 xal olan "Yuventus" üçüncüdür.

Xəbər xətti