Avropa çempionatı öncəsi Almaniya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Frayburq"un müdafiəçisi Mattias Ginter sıradan çıxıb. Bu barədə "Kicker" nəşri məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi axilles vətərindən zədə alıb. Təcrübəli arxa xətt oyunçusu əməliyyat olunacaq və mövsümün qalan hissəsində iştirak etməyəcək. O, həmçinin Avro-2024-də də Almaniya millisinin heyətində yer almayacaq.
Qeyd edək ki, Mattias Ginter bu mövsüm "Frayburq"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi