Almaniyanın "Bohum" klubu baş məşqçi Tomas Leçlə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi yaxın günlərdə alman mütəxəssisi istefaya göndərəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bohum"un baş məşqçi postuna namizədi də bəllidir. Son olaraq Türkiyə millisini çalışdırmış Ştefan Kunts komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, "Bohum" Bundesliqada 28 turdan sonra 26 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi