"Şəmkir" "Lerik"i xalsız yola saldı - VİDEO

14:59 - 10 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Şəmkir" doğma meydanda "Lerik"i qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə yüksəldən "Şəmkir" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Şəmkir" - "Lerik" 2:0
Qollar: 
İlkin Əliyev, 61, Sahib Cümşüdov, 84

Xəbər xətti