"Bavariya"nın heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Serj Qnabri sıradan çıxıb.
Almaniyalı vinger Çempionlar Liqası 1/4 final mərhələsinin "Arsenal"la ilk oyununda ( 2:2) ayaq əzələsindən zədə alıb. 28 yaşlı ön xətt oyunçusu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Almaniya milli komandasının üzvü "Arsenal"la cavab görüşünü buraxacaq.
Qeyd edək ki, Serj Qnabri bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi