"Bavariya" hazırda icarə əsasında "Ştutqart"da çıxış edən Aleksander Nübelin müqaviləsini uzadacaq.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi alman qapıçının 2025-ci ilin yayına kimi olan sözləşməsinin müddətini 2023-cu ilə qədər artıracaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya" müqavilə imzaladıqdan sonra 27 yaşlı qolkiperi daha bir mövsümlük "Ştutqart"a göndərəcək.
Qeyd edək ki, Aleksander Nübel bu mövsüm "Ştutqart"ın heyətində meydana çıxdığı 29 matçda qapısında 34 qol görüb. O, 12 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi