"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Kinqsi Koman sıradan çıxıb. 27 yaşlı vinger Bundesliqanın 29-cu turunun "Köln"lə matçında (2:0) sıradan çıxıb.
Fransalı ön xətt oyunçusu sağ ayaq əzələsindən zədə alıb. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Bavariya" Kinqli Komanı 2015-ci ilin yayında "Yuventus"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi