Azarkeşlər Tuxelin "Bavariya"da qalması üçün imza kampaniyası başlatdı

21:23 - 26 Aprel 2024

"Bavariya" azarkeşləri baş məşqçi Tomas Tuxelin komandada qalmasını istəyir.

Sportal.az xəbər verir ki, fanatlar mövsümün sonunda Münhen təmsilçisini tərk etməli olan alman mütəxəssisin postunda qalması üçün kampaniya başladıb. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

Azarkeşlər Tuxelin yeni baş məşqçi postuna adları hallanan namizədlərdən daha faydalı olduğunu düşünür. Kampaniya çərçivəsində artıq 10 mindən çox imza toplanıb.

Qeyd edək ki, hazırda "Bavariya"nın baş məşqçisi postuna ən real namizəd Ralf Ranqnikdir.

Xəbər xətti