"Bavariya"nın baş məşqçi postuna gətirmək istədiyi Ralf Ranqnik gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, alman mütəxəssis Avstriya milli komandasının baş məşqçisi postundakı işini davam etdirəcək. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bir müddətdir "Bavariya" ilə danışıqlar aparan Ranqnik münhenlilərin təklifini qəbul etməyib. Avstriya Futbol Federasiyası 65 yaşlı mütəxəssisi yığmada qalmağa razı sala bilib. Federasiya baş məşqçinin postunda qalacağı ilə bağlı açıqlama yayıb.
Qeyd edək ki, Ralf Ranqnik 2022-ci ilin iyul ayından Avstriya seçməsini çalışdırır. Onun müqaviləsi 2029-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi