"Borussiya"nın kapitanı Marko Roys gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu mövsümün sonunda Dortmund təmsilçisini tərk edəcək. Kapitan bununla bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Təcrübəli futbolçu Almaniya klubu ilə yayda başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Qeyd edək ki, Marko Roys 2012-ci ilin yayından "Borussiya"da çıxış edir. Almaniya millisinin üzvü "sarı-qaralar"ın heyətində meydana çıxdığı 424 rəsmi matçda 168 qol və 128 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi