Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Union Berlin" Nenad Byelitsa ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Paytaxt təmsilçisini mövsümün sonuna kimi Marko Qrote çalışdıracaq.
Qeyd edək ki, "Union Berlin" Bundesliqada 32 turdan sonra 30 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi