"Bavariya" növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi komandanın "sükan"ı arxasına hazırda "Kristal Pelas"ı çalışdıran Oliver Qlasneri gətirmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Lakin bu, o qədər də asan deyil. Premyer Liqa klubu avstriyalı mütəxəssis üçün 100 milyon avro təzminat tələb edir. "Bavariya"nın təklifi isə 18 milyon avrodur.
Qeyd edək ki, Oliver Qlasner bu ilin fevral ayında "Kristal Pelas"ın baş məşqçisi təyin olunub. 49 yaşlı məşqçinin kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi