"Bavariya" rəhbərliyi Tomas Tuxellə bağlı qərarını dəyişə bilər.
Sportal.az xəbər verir ki, daha əvvəl komandadan ayrılacağı açıqlanan alman mütəxəssisin işini davam etdirmək ehtimalı var. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Bir neçə məşqçi ilə danışıq aparıb rədd cavabı alan "Bavariya" Tuxeli postunda saxlamağı planlaşdırır.
Qeyd edək ki, Tomas Tuxel 2023-cü ilin mart ayından "Bavariya"nı çalışdırır.
saytlarin hazirlanmasi