"Arsenal"dan "Nyukasl"a

12:34 - 21 May 2024

"Arsenal"ın qolkiperi Aaron Ramsdeyl iş yerini dəyişməyə hazırlaşır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, cari mövsümdə London klubunda rəqabəti David Rayaya uduzan Aaron digər təklifləri gözdən keçirəcək.

Onu israrla istəyən əsas komanda "Nyukasl"dır. Bu klub 26 yaşlı qapıçı üçün "Arsenal"a 17,5 milyon avro ödəyəcək.

Ramsdeyl bu mövsüm bütün turnirlərdə "Arsenal"ın heyətində 11 oyun keçirib və 12 qol buraxıb.

Xəbər xətti