"Şamaxı" Premyer Liqada

18:04 - 22 May 2024

Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümü başa çatıb.

Sportal.az xəbər verir ki, yeni sezondan Premyer Liqada iştirak edəcək komandanın adına aydınlıq gətirilib.

Belə ki, "Şamaxı" bir illik fasilədən sonra elitaya qayıdışını evdə rəsmiləşdirib.

"Şamaxı" doğma meydanda "Araz Saatlı"nı məğlub edərək ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı qabaqlayıb.

"Araz Saatlı"nın isə Birinci Liqanı tərk edəcəyi müəyyənləşib.

"Şamaxı” - “Araz Saatlı” 3:1

Xəbər xətti