"Səbail" "Qəbələ"nin qolkiperini istəyir

21:23 - 23 May 2024

"Qəbələ"nin qolkiperi Rəşad Əzizli yeni mövsümə Premyer Liqada başlayacaq.

Sportal.az saytına verilən məlumata görə, təcrübəli qapıçının xidmətində maraqlı olan klublarımız var. 

Onlardan biri Rəşadın sabiq komandası "Səbail"dir. Paytaxt təmsilçisi qapı xəttindəki rəqabəti artırmaq üçün Əzizlini komandaya dəvət etmək istəyir.

"Səbail"lə yanaşı, daha iki komandanın 30 yaşlı futbolçunu transfer siyahısına daxil etdiyi bildirilir. 

Rəşad mövsümün əvvəlində "Qəbələ" ilə bir illik müqavilə imzalamışdı. O, karyerası ərzində "Neftçi", "Simurq", "Rəvan", AZAL, "Sumqayıt", "Keşlə", "Zirə", "Şamaxı" klublarının qapısını qoruyub.

Xəbər xətti