Bu klub Runiyə müqavilə təklif etdi

13:49 - 24 May 2024

İngiltərə millisinin sabiq forvardı Ueyn Runinin işsiz günləri başa çatacaq.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 38 yaşlı məşqçi İngiltərə Çempionşipdə çalışacaq.

O, bu liqada mübarizə aparan “Plimut”la anlaşmaq üzrədir.

Hazırda bu klub baş məşqçi axtarışındadır. Runinin yaxın günlərdə Plimut şəhərinin təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti