Ueyn Runinin yeni klubu bəlli oldu

18:43 - 25 May 2024

Ueyn Runinin yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis "Plimut Arqayl"ı çalışdıracaq. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı məşqçi yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Ueyn Runi son olaraq "Birmingem"in baş məşqçisi olub. O, bu ilin yanvar ayında istefaya göndərilib.

Xəbər xətti