Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başladı

19:20 - 27 May 2024

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Sportal.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.

92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 final çərçivəsində qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.

Xəbər xətti