Kriştiano Ronaldo rekorda imza atdı

09:51 - 28 May 2024

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 34-cü turunda “Əl-İttihad”a (4:2) qarşı keçirilən görüşdə dubla imza atıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı 35 qolla bir mövsümdə ən çox qol vuran futbolçu kimi rekord vurub.

Əvvəlki rekord isə Abderrazak Hamdallaha (2018/19 mövsümündə 34 qol) məxsus idi.

39 yaşlı futbolçu 2023-cü il yanvarın 1-də "Əl-Nəsr"ə keçib. O, 2025-ci il iyunun 30-na qədər Səudiyyə Ərəbistanı klubuna məxsusdur.

Xəbər xətti