"Barselona" ispan futbolçunun müqaviləsini uzatdı

20:50 - 28 May 2024

"Barselona" öz akademiyasının yetirməsi olan Hektor Fortla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı müdafiəçinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-19 millisinin üzvü 2026-cı ilin yayında kimi La Liqa nəhəngində qalacaq.

Qeyd edək ki, sağ cinah müdafiəçisi olan Hektor Fort "Barselona"nın əsas komandasının heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti