"Borussiya"dan ayrılan Marko Roys ABŞ-da oynayacaq.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu "Los Anceles Qalaksi" ilə razılaşıb.
Təcrübəli futbolçu MLS təmsilçisi ilə bir illik müqavilə imzalayacaq.
Marko Roys 2012-ci ildən “Borussiya”da çıxış edirdi. O, Dortmund klubunda 429 matçda 170 qol vurub, 131 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi